...

Stambulda Türkiyə, Pakistan və Əfqanistan başçılarının görüşü planlaşdırılıb

Dünya xəbərləri Materials 24 Sentyabr 2008 23:02 (UTC +04:00)

Türkiyə, Ankara. 24 sentyabr / Trend , müxbir A.Ələsgərov/ Stambulda Türkiyə, Pakistan və Əfqanistan başçılarının görüşü planlaşdırılıb. Bu haqda razılaşma BMT-nin Baş Assambleyası çərçivəsində görüşən Türkiyə prezidenti Abdulla Gül və Pakistan başçısı Asıf Əli Zərdərinin danışıqlarında əldə olunub.

"Milliyət" qəzeti yazır ki, tərəflər əlaqələrin inkişaf edilməsinin vacibliyini bildirdilər. Zərdari Stambulda üçtərəfli görüşün keçirilməsi haqda təklifi qəbul etdi. Qeyd olunur ki, analoji təklifi Əfqanistan prezidenti Xəməd Kərzai də qəbul edib. Görüşün tarixi haqında heç bir məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti