...

Tehran qadınlarının 70 faizi cinsi əlaqəyə meylli deyillər

Dünya xəbərləri Materials 15 Dekabr 2008 16:21 (UTC +04:00)

Iran, Tehran, 15 dekabr/ Trend , müxbir A.Namdari/ İranda son bir ildə 140 min təzə ailə qurmuş ər - arvadın ayrılmasının əsas səbəbi cinsi əlaqədən narazılıqlardan irəli gəlir.

İranda ilk Cinsi Müşavirə Mərkəzinin yaradıcısı və Tehran Tibb Universitetinin Baş Elmi Heyətinin üzvu Nadir Məcd bazar ertəsi Trend -a bildirib ki, İranda və cinsi münasibətlərələ bağlı kifayət qədər məlumatlı olmamaları və ər - arvadıarasında cinsi əlaqədən narazılıqlar boşanma hallarını artırır.

İranın VVAVQ İdarəsinin rəhbəri Məhəmməd Rza Ayətullahi dekabrın 13- də bildirib ki, İranda son bir ildə 70 min ailə(140 min cütlük) boşanıb. Məlumatı Mehr Agentliyi yayıb. Ayətullahi boşanmaların səbəblərinə şərh verməyib. İranın Gənclər Təşkilatının sədri Əli Əkbəri bildirmişdi ki, gənc ailələrdə cinsi əlaqədən narazılıq ayrılmaların əsas səbəbidir, lakin, bu səbəbdən boşananların statistikasını verməmişdi.

Məcd ər - arvadın, intim münasibətlərlə bağlı maarifləndirmənin olmaması üzündən problem yarandığını bildirib.

İranda media vasitəsilə cinsi əlaqə təliminə qadağa qoyulub.

İranda rəsmi statistikaya əsasən, 2008 - ci ildə boşanan qadınlar, əsasən, 20-24 yaş və kişilər 25-29 yaş arasında olublar. Məcd bildirib ki, 20 -24 yaşlı qadınlarin cinsi tələbatı ideal səviyyədə deyil: "kobud və pornoqrafiya bu yaşda qadınları cinsi əlaqədən bezdirir".

Məcd əlavə edib ki, dərsliklərdə və telekanallarda bu yöndə təlimatlara yol verilmədiyindən, bir çox gənclər cinsi əlaqəni pornokinolardan öyrənirlər və bu təsəvvür ailə reallıqları ilə üst-üstə düşmür.

Qum şəhəri Tibb Universiteti tələbələrinin Tehranda keçirdikləri ictimai sorğunun nəticələri göstərir ki, Tehranda qadınların 67 faizi həyat yoldaşları ilə cinsi əlaqəyə meylli deyillər. Onların 63 faizi cinsi əlaqədən sonra əsəbi olur, 71 faiz cinsi əlaqədən heç bir zövq almırlar. Sorğuda iştirak edən qadınların 70 faizi bildirib ki, cinsi əlaqədən sonra ərlərinə qarşı məhəbbət hissi keçirməyiblər.

Dünyada ailə problemləri ilə bağlı hesabatlarda ailə münasibətlərinin 60 -70 faizinin cinsi əlaqədən razı qalmaqla bağlı olduğunu vurğulanıb.

Rəsmi statistikaya əsasən, hər doqquz nigahdan biri boşanma ilə nəticələnir.

İranın Tibb Elmələri üzrə Ali Şurasının Baş katibi Məhəmməd Rza Novruzinin "Kişilərin Sağlamlığı" mövzusunda Tehranda keçirilmiş konfransda çıxışında qeyd edib ki, ölkədə kişilkərin 40 faizinin müxtəlif cinsi problemləri var.

Onun sözlərinə görə, ölkədə boşanmaların 15 faizi sonsuzluqla bağlıdır.

İranda əksər ekspertlərin fikrincə, kişilərdə "cinsi zəiflik" və " orqazma qısa vaxtda nail olma", qadınlarda isə, "cinsi əlaqəyə meylsizlik" İranda daha çox rast gəlinən problemlərdir.

Xəbər lenti

Xəbər lenti