...

Hərbçilər Madaqaskar prezidentinin iqamətgahını və Mərkəzi Bankın binasını ələ keçiriblər

Dünya xəbərləri Materials 16 Mart 2009 23:54 (UTC +04:00)
Hərbçilər Madaqaskar prezidentinin iqamətgahını və Mərkəzi Bankın binasını ələ keçiriblər

Müxalifəti dəstəkləyən Madaqaskar hərbi qüvvələrinin bölmələri bazar ertəsi günü ölkə başçısı Mark Ravalomananın iqamətgahını və Mərkəzi Bankın binasını ələ keçiriblər. Bu haqda RİA Novosti Röyters agentliyinə istinadən məlumat yayıb.
Agentliyin xəbərinə görə, Ravalomanan hazırda şəhərin mərkəzindən on kilometr aralıda yerləşən iqamətgahdadır.
Ordu nümayəndələri bəyan ediblər ki, prezidentin olduğu iqamətgahın ələ keçirilməsi ilə bağlı əmr almayıblar.
Müxalifət lideri Endryu Racoelina bazar ertəsi günü ölkənin hüquq-mühafizə orqanlarını dərhal ölkə prezidentini həbs etməyə çağırıb. Müxalifət prezidenti dəfələrlə istefa verməyə səsləyib. Öz növbəsində Ravalomanan məsələ ilə bağlı referendum keçirməyi təklif edib. Lakin müxalifət qüvvələri bu təklifi rədd edib.

Xəbər lenti

Xəbər lenti