...

Şanxay Əməkdaşlıq Təşkilatının Əfqanıstan konfransında İranın xarici işlər nazirinin müavini iştirak edəcək

Dünya xəbərləri Materials 26 Mart 2009 14:09 (UTC +04:00)

Şanxay Əməkdaşlıq Təşkilatının nəzarəti ilə martın 27-də Moskvada keçiriləcək Əfqanıstan konfransında İranın xarici işlər nazirinin müavini iştirak edəcək. Bu barədə RİA Novosti məlumat verir.

İranın XİN başçısının Asiya məsələləri üzrə müavini Mehdi Axundzadə konfransda iştirak edəcək. Axundzadə Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə konfransda iştirak edir. Konfransda Əfqanıstan məsələsi və bu ölkədə sabitliyin təmin edilməsi yolları müzakirə olunacaq.

Konfransda Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri və müavinləri, G8 qrupunun Əfqanıstan üzrə nümayəndələri, BMT, NATO, İslam Konfransı Təşkilatı və Avropa Birliyinin baş katibləri, Əfqanıstan, Türkiyə, Pakistan və Türkmənistanın xarici işlər nazirləri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti