Somali piratları 1,5 min nəfərin yer aldığı İtaliyanın Melody gəmisini girov götürməyə cəhd göstəriblər. Associated Press-in məlumatına görə, gəmi Durman şəhərindən Genuyaya gedirmiş.
Gəmi kapitanının sözlərinə görə, laynerə kater yaxınlaşıb. Katerdə altı nəfər silahlı şəxs olub. Melody gəmisinin təhlükəsizlik xidmətinin əməkdaşları piratlara xəbərdarlıq atəşi açdıqdan sonra təhlükə sovuşub.