...

Rusiya ilə əlaqələr Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edir - Baş nazir

Dünya xəbərləri Materials 30 Yanvar 2010 10:50 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Rusiya ilə əlaqələrin möhkəmlənməsinə xüsusi əhəmiyyət verir. O əlavə edib ki, bu əməkdaşlıq onların hər ikisi üçün faydalı olacaq. Anadolu agentliyi bu haqda məlumat verib.
Rusiya ilə əlaqələr Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edir - Baş nazir

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Rusiya ilə əlaqələrin möhkəmlənməsinə xüsusi əhəmiyyət verir. O əlavə edib ki, bu əməkdaşlıq onların hər ikisi üçün faydalı olacaq. Anadolu agentliyi bu haqda məlumat verib.

"Biz Rusiya ilə əlaqələrimizə xüsusi əhəmiyyət veririk. Rusiyalı dostlarımızın da eyni fikirdə olduğunu görmək bizi çox sevindirir. Hesab edirəm ki, ölkələrimiz arasındakı sıx dialoq davam edəcək", - Ərdoğan cümə günü xalqa televiziya ilə müraciətində deyib.

Türkiyənin Baş naziri bildirib ki, onun ölkəsi yalnız qonşu ölkələrlə deyil, həm də dünyanın bütün dövlətləri ilə dialoqların inkişafına böyük əhəmiyyət verir.

Xəbər lenti

Xəbər lenti