İran və Türkiyə arasında münasibətlərin inkişafı həm iki ölkə, həm də bütün dünya üçün faydalıdır. Bunu İran Prezidenti Mahmud Əhmədinejad bazar günü Tehranda Türkiyənin Baş naziri və dövlət naziri Cəmil Çiçəyi qəbul edərkən deyib. Məlumatı "Fars" agentliyi yayıb.
O qeyd edib ki, İran İslam Respublikası Türkiyənin tərəqqisinə özününkü kimi baxır.
Mahmud Əhmədinejat iki qonşu ölkə arasında mədəni əlaqələrin inkişafının vacibliyini bildirib və bütün sahələrdə ikitərəfli münasibətlərin dəstəklənməsinə çağırıb.
Öz növbəsində Cəmil Çiçək deyib ki, Türkiyə İran ilə münasibətlərə böyük önəm verir.
Onun sözlərinə görə, İran ilə əməkdaşlıq Türkiyənin xarici siyasətində fundamental və prinsipial istiqamətdir.
"İki ölkə arasında münasibətlərin gələcək genişlənməsi regiona sülh, sabitlik və təhlükəsilzik gətirəcək", - Cəmil Çiçək bildirib.