...

Türkmənistanın paytaxtında qlobal su təchizatı məsələləri üzrə beynəlxalq forum başlayır

Dünya xəbərləri Materials 2 Aprel 2010 10:46 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 2 aprel /Trend, müxbir H.Həsənov/

Bu gün Aşqabadda beynəlxalq forum işə başlayır. Forum çərçivəsində "Su resurslarından səmərəli istifadə üzrə dünya təcrübəsi və qabaqcıl texnologiyalar" adlı sərgi və konfrans keçiriləcək.

Ölkə Prezidenti Qurbanqulu Berdıməhəmmədov iştirakçılara müraciətində qeyd edib ki, Türkmənistan su təchizatı və ekoloji təhlükəsilzik, Mərkəzi Asiya regionunda sərhəd ərazilərində su resurslarından rasional istifadə, Aral böhranının ekologiyaya mənfi təsirinin aradan qaldırılmasına dair təşəbbüslər" irəli sürür.

Onun sözlərinə görə, Türkmənistanda su resurslarından rasional və səmərəli istifadə olunmasına, o cümlədən, qabaqcıl damcı və yağış suvarması metodlarının istehsalata tətbiqinə dair ardıcıl tədbirlər həyata keçirilir.

Berdıməhəmmədov qeyd edib ki, əkin sahələrinin meliorasiya vəziyyətinin yaxşılaşdırılması, Qaraqum səhrasının mərkəzində kollektor-drenaj sularının yığılması və təkrar istifadəsi məqsədilə süni "Altın asır" gölünün inşası sürətlə aparılır.

Ötən il bu nəhəng hidrotexniki qurğunun birinci növbəsi istismara verilib. "Türkmənistan gölünün yaradılması, həmçinin, yeni, ən qabaqcıl suya qənaət edən texnologiyalardan istifadə olunması bütün dünyada nəzərə çarpan su qıtlığı şəraitində bizim ölkəmizdə aqrar sektorun məhsuldarlığının gələcəkdə artırılmasında əməli faktor olacaq", - müraciətin mətnində deyilir.

"Altın asır" gölünün inşası və rasional istifadəyə verilməsi Mərkəzi Asiya regionunda ekoloji fonun yaxşılaşdırılması üçün etibarlı baza yaradacaq və dövlətimizin iqtisadiyyatının gələcək artımına xidmət edəcək.

Xəbər lenti

Xəbər lenti