...

Braziliya 1/4 final mərhələsinə vəsiqəni əldən verməyib

Dünya xəbərləri Materials 29 İyun 2010 02:46 (UTC +04:00)

Cənubi Afrikada futbol üzrə 19-cu dünya çempionatının 1/8 mərhələsi çərçivəsində Braziliya ilə Çili milliləri arasında keçirilən oyun beşqat dünya çempionları Braziliya yığmasının 3-0 -lıq qələbəsi ilə başa çatıb.

Yohannesburqun "Ellis Park" stadionunda  Juan, Luis Fabiano və Robininyonun vurduğu qollar Braziliya millisinin qələbəsini rəsmiləşdirib.

1/4 final mərhələsinə yüksələn Braziliyalıların rəqibi Slovakiya millisini çempionatdan kənarlaşdıran Hollandiya yığması olacaq.

Xəbər lenti

Xəbər lenti