...

Türkiyənin şərqində yol qəzası nəticəsində iki İran vətəndaşı həlak olub

Dünya xəbərləri Materials 3 İyul 2010 13:31 (UTC +04:00)
Şənbə günü Türkiyənin şərqində baş vermiş yol qəzası nəticəsində 4 nəfər, o cümlədən iki İran vətəndaşı ölüb, 46 nəfər isə xəsarət alıb.
Türkiyənin şərqində yol qəzası nəticəsində iki İran vətəndaşı həlak olub

Şənbə günü Türkiyənin şərqində baş vermiş yol qəzası nəticəsində 4 nəfər, o cümlədən iki İran vətəndaşı ölüb, 46 nəfər isə xəsarət alıb. Məlumatı Anadolu informasiya agentliyinə "Sinxua" istinadən yayıb.

Məlumata əsasən, Bitlis əyalətində Tatvan-Ahlat şosesində İranın sərnişin avtobusu ilə yük avtomobili toqquşub. Nəticədə yük avtomobilinin sürücüsü, oğlu və iki İran vətəndaşı həlak olub.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Yol qəzasının səbəblərinin araşdırılması davam etdirilir.

Xəbər lenti

Xəbər lenti