RED. əlavə.: Türkiyə vətəndaşının yaxalanması barədə informasiya yenilənib
ABŞ səfirliyini hədələyən Türkiyə vətəndaşı polis tərəfindən saxlanılıb. Bu barədə Anadolu agentliyi xəbər verir.
Bazar ertəsi səhər adı açıqlanmayan naməlum şəxs Ankaradakı ABŞ səfirliyinin binası qarşısında tapançanı başına dirəyib, özünü öldürəcəyi ilə hədələyib. Onun yanında çanta və məzmunu açıqlanmayan məktub aşkar edilib.
İnsidentlə bağlı səfirlik ətrafındakı yol bağlanılıb.