...

Regional əməkdaşlıq Əfqanıstanda sülhün bərqərar olması üçün lazımdır – İran XİN rəhbəri

Dünya xəbərləri Materials 23 Sentyabr 2010 17:42 (UTC +04:00)
Əfqanıstanda sülhün bərqərar olması məqsədilə regional əməkdaşlığı möhkəmləndirmək lazımdır.
Regional əməkdaşlıq Əfqanıstanda sülhün bərqərar olması üçün lazımdır – İran XİN rəhbəri

Əfqanıstanda sülhün bərqərar olması məqsədilə regional əməkdaşlığı möhkəmləndirmək lazımdır. Bunu İranın xarici işlər naziri Mənuçöhr Müttəki Nyu-Yorkda BMT baş katibinin Əfqanıstandakı xüsusi nümayəndəsi Steffan de Mistura ilə görüşü zamanı deyib. Xəbəri IRNA agentliyi yayıb.

Müttəki region dövlətlərini ölkədə sabitliyin yaradılması üçün öz töhfələrini verməyə çağırıb.

"Biz hesab edirik ki, Əfaqnıstan hökuməti region ölkələri arasında əməkdaşlığın inkişafı məsələlərində əsas rol oynamalıdır", - Müttəki qeyd edib.

Onun sözlərinə görə, BMT Əfqanıstan probleminin həllində əsas rol oynayır.

Mistura öz növbəsində, İranın müharibədən əziyyət çəkən Əfqanıstanda sülh və sabitliyin yaradılmasında rolunu yüksək qiymətləndirib və İran ilə Əfqanıstan hadisələri barədə fikir mübadiləsinin aparılmasına çağırıb.

Xəbər lenti

Xəbər lenti