...

Müttəki İran və "5+1" qrupu arasındakı növbəti danışıqlara nikbin yanaşır

Dünya xəbərləri Materials 16 Oktyabr 2010 12:49 (UTC +04:00)
İranın xarici işlər naziri Mənuçöhr Müttəki İran və "5+1" qrupu arasındakı danışıqların növbəti mərhələsi ilə bağlı nikbinliyini ifadə edib.
Müttəki İran və "5+1" qrupu arasındakı növbəti danışıqlara nikbin yanaşır

İranın xarici işlər naziri Mənuçöhr Müttəki İran və "5+1" qrupu arasındakı danışıqların növbəti mərhələsi ilə bağlı nikbinliyini ifadə edib. Məlumatı ISNA informasiya agentliyi yayıb.

"Mən İranın "5+1" qrupu ilə danışıqlarına nikbin baxıram", - "Demokratik Pakistanın dostları" konfransında iştirak etmək üçün Brüsselə gələn Müttəki jurnalistlərə bildirib.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton gələn ay Vyanada danışıqların yeni mərhələsini təşkil etməyi təklif edib.

"İran oktyabrın sonlarını və ya noyabrın əvvəllərini danışıqlar üçün əlverişli vaxt kimi təklif edib", - Müttəki deyib.

Xəbər lenti

Xəbər lenti