...

İranın xarici işlər naziri Omandan Türkiyəyə gedəcək (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 4 May 2011 10:54 (UTC +04:00)
İranın xarici işlər naziri Əli Əkbər Salehi bu gün səhər Omana səfər edib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.
İranın xarici işlər naziri Omandan Türkiyəyə gedəcək (ƏLAVƏ OLUNUB)

Son iki abzas əlavə olunub (ilk xəbər saat10:24-də yayılıb)

Azərbaycan, Bakı, 4 may /Trend/

İranın xarici işlər naziri Əli Əkbər Salehi bu gün səhər Omana səfər edib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, Salehi bir günlük səfəri zamanı Oman rəsmiləri ilə regionda baş verən hadisələr və ikitərəfli əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparacaq.

Salehi bazar ertəsi Qətərə bir günlük səfər etmişdi.

İRNA dövlət xəbər agentliyinin məlumatına əsasən, Salehi Omandan Türkiyəyə səfər edəcək. İran XİN rəhbəri Türkiyə rəsmiləri ilə də ikitərəfli əlaqələri və regionda baş verən prosesləri müzakirə edəcək.

Mayın 9-da İran Prezidenti Mahmud Əhmədinejadın da Türkiyəyə səfər edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti