...

Qazaxıstan Prezidenti Hamburqda əməliyyat olunub - KİV

Dünya xəbərləri Materials 20 İyul 2011 11:35 (UTC +04:00)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Hamburq Universitetinin klinikasında prostat vəzindən əməliyyat olunub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Almaniyanın "Bild" qəzeti xəbər yayıb.
Qazaxıstan Prezidenti Hamburqda əməliyyat olunub - KİV

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Hamburq Universitetinin klinikasında prostat vəzindən əməliyyat olunub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Almaniyanın "Bild" qəzeti xəbər yayıb.

71 yaşlı Nazarbayev iyulun 10-da Hamburqa gəlib və Qamqur-Eppendorf tibb mərkəzinin hollandiyalı mütəxəssisləri tərəfindən əməliyyat olunub.

Çərşənbə axşamı "Bild Hamburg" regional nəşri Nazarbayevin "gizli şəkildə klinikaya gələrək planlı tibbi müayinədən" keçdiyi barədə məlumat vermişdi. Hazırda klinika gücləndirilmiş şəkildə mühafizə olunur.

Xəstəxananın mətbuat katibi AFP agentliyinin sorğusunu şərh etməkdən imtina edib və Nazarbayevin klinikada olduğunu nə təsdiq, nə də inkar edə bilməyəcəyini deyib. Mətbuat katibi əlavə edib ki, "klinika heç bir xüsusi təhlükəsizlik tədbiri həyata keçirməyib ".

Qazaxıstan XİN AFP nümayəndəsinə "prezidentin hazırda məzuniyyətdə" olduğunu bildirib və dövlət başçısının öz məzuniyyətini məhz harada keçirdiyini dəqiqləşdirməyib.

AFP-nin əlaqə yaratmağa nail olduğu QR prezidentinin müşaviri Yermuhamed Yertısbayev şərh verməkdən imtina edib.

"Bild Hamburg" xəbər verir ki, Qazaxıstan tərəfinə klinika seçməkdə Almaniya XİN kömək edib.

Almaniyanın Xarici İşlər Nazirliyi isə bu məlumatı təkzib edib və Nazarbayevin Hamburqda olmasına dair məlumata malik olmadığını bildirib.

Xəbər lenti

Xəbər lenti