...

Moskvada nümayişçilərin 5-ci dəstəsi mitinqin keçirildiyi yerə gəlib

Dünya xəbərləri Materials 10 Dekabr 2011 15:30 (UTC +04:00)
Moskva vaxtı ilə saat 14:30-a olan məlumata görə, müxalifətin etiraz aksiyasının keçirildiyi Bolotnı meydanında 15 minə yaxın adam toplaşıb. Trend-in məlumatına görə, bu barədə DİN-in Baş İdarəsi məlumat verib.
Moskvada nümayişçilərin 5-ci dəstəsi mitinqin keçirildiyi yerə gəlib

Azərbaycan, Bakı, 10 dekabr / Trend /

Moskva vaxtı ilə saat 14:30-a olan məlumata görə, müxalifətin etiraz aksiyasının keçirildiyi Bolotnı meydanında 15 minə yaxın adam toplaşıb. Trend-in məlumatına görə, bu barədə DİN-in Baş İdarəsi məlumat verib.

Məlumatda deyilir ki, İnqilab meydanında yüzə yaxın adam var.

Bu arada adamlar aksiyaya gəlməkdə davam edirlər. RİA Novostinin müxbirinin verdiyi məlumata görə, indicə İnqilab meydanından mitinqin icazə verildiyi yerə nümayişçilərin növbəti, sayda beşinci dəstəsi yola düşüb. Hazırda sonuncu dəstə formalaşdırılır. Onunla birlikdə aksiyaya RF insan haqları müvəkkili Vladimir Lukin və "İnsan haqları uğrunda" hərəkatının lideri Lev Ponomaryov da gedəcək.

Şənbə günü Rusiyada mitinqlər keçirilir. İnsanlar dekabrın 4-də keçirilmiş və nəticələrinə görə Vahid Rusiya Partiyasının parlamentdə yerlərin əksəriyyətini saxlaya bildiyi Dövlət Duması seçkilərinə öz münasibətlərini bildirəcəklər. Aksiyaların təşkilatçılarının məlumatına görə, Moskvada 30 min adam toplaşacaq. Ölkənin daha qırxdan yuxarı şəhərində və regional paytaxtlarında da yerli hakimiyyət orqanları ilə razılaşdırılmış, eləcə də icazəsiz mitinq və piketlərin keçirilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti