...

Türkiyə müxalifətinin lideri istintaqa təsir etməyə cəhddə təqsirləndirilir (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 9 Yanvar 2012 18:26 (UTC +04:00)
Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu hərbi çevriliş barədə istintaqa təsir etməyə cəhddə təqsirləndirilir.
Türkiyə müxalifətinin lideri istintaqa təsir etməyə cəhddə təqsirləndirilir (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:48-də yayılıb)

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu hərbi çevriliş barədə istintaqa təsir etməyə cəhddə təqsirləndirilir. Bu barədə Trend bazar ertəsi "TRT Haber" telekanalına istinadən məlumat verir.

Bununla əlaqədar olaraq, onun deputat toxunulmazlığının ləğvi ilə bağlı iddia hazırlanıb.

Kılıçdaroğlu Türkiyənin aparıcı müxalifət partiyasının - CHP-nin lideridir. Türkiyədə 2011-ci ilin iyununda keçirilən parlament seçkilərində CHP seçicilərin səsinin 25,94 faizini toplayaraq parlamentdə 135 yer qazanmışdı.

İqtidaryönlü "Taraf" qəzetinin ehtimalına görə, 2010-cu ildə Türkiyə Silahlı Qüvvələri ölkə hökumətini devirmək üçün "Gürz" (Balyoz) planını hazırlayıblar.

Bu plana əsasən, ölkənin hərbi qüvvələri İstanbuldakı Fatih Camisi və Bəyazid məscidlərində partlayışlar, hərbi muzeyə hücum və bir neçə türk qırıcılarının məhv edilməsindən sonra ölkədə yaranacaq xaosun ardından hökuməti devirməli idilər. Qəzetin ehtimalına görə, 2002-2003-cü illərdə tərtib edilən planın altında Türkiyə Silahlı Qüvvələrinin sabiq generalı Çətin Doğanın imzası var. Çevrilişdən sonra kütləvi həbslər başlamalı idi.

Qəzet məlumat verib ki, sənədin müəllifləri məqsədi höküməti devirmək olan "Ergenekon" planında iştirakda şübhəli bilinən yüksəkrütbəli hərbçilərdir. İşə, həmçinin təxminən 200 siyasətçi, jurnalist, hüquqşünas, pedaqoq, hərbçi və polis qarışıb.

Xəbər lenti

Xəbər lenti