...

Bakıda oktyabr ayında Azərbaycan-Özbəkistan hökümətlərarası komissiyanın iclası keçiriləcək

Dünya xəbərləri Materials 5 Sentyabr 2012 00:37 (UTC +04:00)
Oktyabr ayında Bakıda, Azərbaycan və Özbəkistan respublikaları arasında əməkdaşlıq üzrə hökümətlərarası birgə komissiyanın iclası keçiriləcək. Trend-in məumatına görə bu barədə çərşənbə axşamı Azərbaycan baş nazirin müavini Abid Şərifov Özbəkistan respublikasının müstəqillik günü ilə bağlı Bakıda keçirilən rəsmi qəbul zamanı bildirib.
Bakıda oktyabr ayında Azərbaycan-Özbəkistan hökümətlərarası komissiyanın iclası keçiriləcək

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, М. Əliyev/

Oktyabr ayında Bakıda, Azərbaycan və Özbəkistan respublikaları arasında əməkdaşlıq üzrə hökümətlərarası birgə komissiyanın iclası keçiriləcək. Trend-in məumatına görə bu barədə çərşənbə axşamı Azərbaycan baş nazirin müavini Abid Şərifov Özbəkistan respublikasının müstəqillik günü ilə bağlı Bakıda keçirilən rəsmi qəbul zamanı bildirib.

Onun sözlərinə görə, həmin iclasa Özbəkistan respublikasının prezidenti İslam Kərimovun səfəri gözlənilir.

"Əminəm ki, keçirilməsi bu ilin oktyabr ayında nəzərdə tutulmuş, Azərbaycan və Özbəkistan respublikaları arasında əməkdaşlıq üzrə hökümətlərarası birgə komissiyanın iclası və Özbəkistan respublikasının prezidenti İslam Kərimovun Azərbaycana gözlənilən rəsmi səfəri ikitərəfli əlaqələrin möhkəmlənməsinə və gələcək inkişafına öz əhəmiyyətli töhvəsini verəcək", - Şərifov deyib.

Xəbər lenti

Xəbər lenti