...

İran XİN: Qərb iranlı tələbələrin nüvə sahəsini öyrənmələrinə mane olmaq istəyir

Dünya xəbərləri Materials 29 Mart 2013 12:28 (UTC +04:00)
Qərb iranlı tələbələrin nüvə sahəsini öyrənmələrinə mane olmaq istəyir.
İran XİN: Qərb iranlı tələbələrin nüvə sahəsini öyrənmələrinə mane olmaq istəyir

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

Qərb iranlı tələbələrin nüvə sahəsini öyrənmələrinə mane olmaq istəyir. Trend-in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Mehmanpərəstin çıxışına istinadən "İSNA" agentliyi xəbər yayıb.

Mehmanpərəst bu barədə Belarus İqtisad Universitetində çıxışı zamanı qeyd edib. O, həmçinin qeyd edib ki, bu gün nüfuzlu ölkələr texnologiyaları yalnız öz əllərində cəmləşdirmək istəyirlər.

"Vaxt var idi ki, dünyanın aparıcı ölkələri digər dövlətlərə hərbi yolla təzyiq göstərməyə cəhd edirdi. İndi isə onlar müstəqil dövlətlərə iqtsadi təzyiqlər etməyə başlayıblar", - Mehmanpərəst qeyd edib.

Onun sözlərinə görə, yaxın vaxtlarda bu müddət başa çatdıqdan sonra onlar müasir elm və texnika sahəsini öz əllərində cəmləşdirməyə çalışacaqlar.

Mehmanpərəst qeyd edib ki, əgər müstəqil dövlətlər elm və texnologiyalar sahəsində inkişafa nail olmasalar, onlar müstəqilliklərini itirə bilərlər.

"İrana qarşı sansksiyalar tədbiq olunub və biz hesab edirik ki, onlar qanunsuzdur. Onlar bilirlər ki, İranın nüvə proqramı dinc xarakter daşıyır, ona görə də İranın nüvə və texnologiyalar sahəsində inkişafının qarşısını almaq amansızlıqdır", - Mehmanpərəst bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti