Gürcüstan, Tbilisi, 1 may /Trend, müxbir N.Kirtsxalia/
Gürcüstan parlamenti çərşənbə günü Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeni vəzifəsində təsdiq edib. Bu qərar yekdilliklə 115 səslə qəbul edilib.
Şaraşenidzedən başqa digər səfirlərdə təsdiq olunublar, Gürcüstanın Qazaxıstanda səfiri-Zurab Pataridze, Türkiyədə - İrakli Koplatadze, Litvada - Xatuna Salukvadze.
Gürcüstanın Avropa Şurasında daimi nümayəndəsi vəzifəsinə Konstantin Korkeliyanın namizədliyi təsdiq edilib.
Gürcüstan prezidenti səfirlərin təsdiqi barədə fərmanı imzalamalıdır.