Azərbaycan, Bakı, 21 may /Trend, müxbir E. Tariverdiyeva/
İranın Daxili İşlər Nazirliyi (DİN) mayın 22-də qarşıdakı perzident seçkilərində namizədlərin yekun adlarını açıqlaycaq. Bu barədə Trend çərşənbə axşamı "Khabar Farsi" saytına istinadən məlumat verir.
Məlumata görə, İranın Keşikçilər Şurası artıq mayın 21-də namizədlərin təsdiq edilmiş siyahısını DİN-ə təqdim edəcək.
Namizədlər seçki kampaniyalarına mayın 24-də rəsmən başlaya bilərlər. Seçki kampaniyası 20 gün ərzində davam edəcək.
Namizədlərin təşviqat kampaniyası seçkilərə bir gün qalmış yekunlaşacaq.