...

ABŞ İranın beynəlxalq öhdəliklərə riayət etməsi ilə bağlı məlumatlarla razı deyil

Dünya xəbərləri Materials 12 İyun 2013 04:37 (UTC +04:00)
ABŞ İranın kütləvi qırğın silahının yayılmaması sahəsində beynəlxalq öhdəliklərə de-fakto riayət etməsi barədə Rusiya prezidenti Vladimir Putinin bəyanatı ilə razı deyil.
ABŞ İranın beynəlxalq öhdəliklərə riayət etməsi ilə bağlı məlumatlarla razı deyil

Azərbaycan, Bakı, 12 iyun /Trend/

ABŞ İranın kütləvi qırğın silahının yayılmaması sahəsində beynəlxalq öhdəliklərə de-fakto riayət etməsi barədə Rusiya prezidenti Vladimir Putinin bəyanatı ilə razı deyil. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ağ evinin mətbuat katibi Cey Karni çərşənbə axşamı jurnalistlərə deyib.

"Mən bilmirəm Rusiya prezidentinin siz yada saldığınız şərhləri barədə, lakin İran beynəlxalq qanunlar üzrə öz öhdəliklərini yerinə yetirməyib, o, sübut etməlidir ki, onun nüvə texnologiyalarını əldə etmək niyyəti sülhyönəmlidir. Bir çox məlumatlar bunun əksini sübut edir ", - Rusiya prezidentinin sözlərini şərh etməyi xahiş etmiş jurnalistin sualına cavab olaraq Karni deyib.

"Biz müttəfiqlərimizlə Tehrandakı rejimin öz davranışını dəyişdirməyə məcbur etməyə köməklik prosesinə cəlb edilmişik. Bu prosesin bir hissəsi kimi, ən sərt sanksiya rejimlərindən biri tədbiq edilmişdir", - Karni deyib.

O, xatırlayıb ki, ABŞ həm birtərəfli, həm də çoxtərəfli kimi sanksiyaları Tehrana qarşı reallaşdırır. " İranın beynəlxalq cəmiyyətlə ünsiyyət yolunu seçməyə və öz nüvə ambisiyalarından əl çəkməyə vasitə və vaxtı hələ ki var. Amma bu vaxt hədsiz deyil", - Karni qeyd edib.

İranın kütləvi qırğın silahının yayılmaması üzrə öhdəliklərin pozulması barədə sübutlar əvvəlki kimi yoxdur, Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti