...

İran yaxın 5 il ərzində Şirazda nüvə reaktoru istifadəyə verəcək

Dünya xəbərləri Materials 22 İyun 2013 10:15 (UTC +04:00)
Şiraz şəhərində nüvə reaktoru zavodunun tikintisi üçün artıq yer ayrılıb. Bu Şirazın şimalında 80 hektarlıq bir ərazidir.
İran yaxın 5 il ərzində Şirazda nüvə reaktoru istifadəyə verəcək

Azərbaycan, Bakı, 22 iyun /Trend müxbir T.Cəfərov/

Şiraz şəhərində nüvə reaktoru zavodunun tikintisi üçün artıq yer ayrılıb. Bu, Şirazın şimalında 80 hektarlıq bir ərazidir. Bunu İranın Atom Enerjisi Təşkilatının sədri, ölkənin vitse-prezidenti Firudin Abbasi deyib. Trend-in məlumatına görə, bu barədə asriran.com xəbər saytı məlumat verir.

Abbasinin sözlərinə görə, tezliklə tikinti işlərinə başlanılacaq bu zavoda İranın özü tərəfindən sərmayə yatırılacaq və yaxın 5 il ərzində zavod istifadəyə veriləcək.

Abbasi deyib ki, reaktor 10 meqavatlıq gücə malik olaraq yüngül su hovuzu növündən olacaq. Bu, Tehran reaktorundan sonra İranın ikinci belə təhqiqat reaktoru kimi fəaliyyət göstərəcək.
Abbasinin sözlərinə görə, radiofarmaseptik preparatlar istehsal etmək qabiliyyətinə malik olacaq bu reaktordan nüvə yanacağı sənayesində istifadə olunacaq.

Bundan öncə İranın Fars əyalətinin qubernatoru Hüseyn Sadiq Abidin də Şiraz şəhərinin Zarqan qəsəbəsində nüvə reaktoru tikiləcəyini bəyan etmişdi.

Abidin demişdi ki, reaktorun istismara verilməsi Fars əyalətində kənd təsərrüfatının inkişaf səviyyəsini yüksəltməyə kömək edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti