...

"Suriyanın dostları" suriya üsyançılarına bütün lazımi köməyin göstərilməsinə razılıq veriblər

Dünya xəbərləri Materials 22 İyun 2013 22:00 (UTC +04:00)
"Suriyanın dostları" qrupu hökumət qoşunları ilə silahlı mübarizəni aparan suriya üsyançılarına hərbi köməyin göstərilməsi ilə əlaqədar çıxış ediblər.
"Suriyanın dostları" suriya üsyançılarına bütün lazımi köməyin göstərilməsinə razılıq veriblər

Azərbaycan, Bakı, 22 iyun /Trend/

"Suriyanın dostları" qrupu hökumət qoşunları ilə silahlı mübarizəni aparan suriya üsyançılarına hərbi köməyin göstərilməsi ilə əlaqədar çıxış ediblər. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

"Görüşdə biz təcili surətdə müxalifəti yerlərdə bütün lazımi materiallarla təchiz etməyə razılıq vermişik. Bütün hərbi kömək üsyançıların ali hərbi şurası vasitəsilə keçəcək", - "Suriyanın dostları"nın məlumatında deyilir.

Suriya üzrə keçirilən nazirlər görüşünün iştirakçıları şənbə günü Dohada həmçinin
Suriya münaqişəsinin siyasi yolla nizama salınması üzrə beynəlxalq konfransın keçirilməsini dəstəkləyiblər.

Xəbər lenti

Xəbər lenti