...

Tripolidə RF səfirliyinə hücum olub

Dünya xəbərləri Materials 3 Oktyabr 2013 00:35 (UTC +04:00)
Tripolidə Rusiya səfirliyi atəşə məruz qalıb və səfirliyin ərazisinə daxil olma cəhdi edilib.
Tripolidə RF səfirliyinə hücum olub

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Tripolidə Rusiya səfirliyi atəşə məruz qalıb və səfirliyin ərazisinə daxil olma cəhdi edilib. Trend-in İTAR-TASS agentliyinə istinadən vediyi məlumata görə, bu barədə RF XİN-in informasiya və mətbuat Departamenti bildirib.

İTAR-TASS məlumatına əsasən, Rusiyalı diplomatların heç biri zərər çəkməyib.

"Basqınçılar atəş açaraq Rusiya bayrağını yerindən çıxarıblar. Hazırda diplomatik nümayəndəliyin ərazisində kənar şəxslər yoxdur. Vəziyyət nəzarətə götürülüb". Mənbələrin məlumatına görə, Liviya güc strukturları hal-hazırda basqınçıların axtarışını aparırlar. Onların şəxsiyyəti hələlik məlum deyil.

Bundan öncə "Əl-Ərəbiyyə" peyk telekanalı bildirib ki, Rusiya səfirliyi naməlum silahlı şəxslərin hücumuna məruz qalıb. Tripolidə işləyən telestansiya müxbirinin verdiyi məlumata görə, diplomatik missiya rayonunda avtomat silah və qumbaraatanlardan atəş səsləri eşidilib.

RF XİN-in informasiya və mətbuat Departamenti artıq hücum faktını təsdiqləyib, həmçinin vurğulayıb ki, "ilkin məlumatlara görə, diplomatlar xəsarət almayıb".

Bu artıq birinci dəfə deyil ki, Liviyada Rusiya diplomatik nümayəndəliyinə hücumlar olunur. BMT Təhlükəsizlik Şurasında 2012-ci il fevralın 5-də Suriya üzrə keçirilən səsvermədə Moskvanın mövqeyinə etiraz olaraq Tripolidə icazəsiz aksiya keçirilib.

Xəbər lenti

Xəbər lenti