...

BMT: Cənubi Sudanda toqquşmalar nəticəsində 500 nəfərə qədər ölüb

Dünya xəbərləri Materials 18 Dekabr 2013 08:14 (UTC +04:00)
Cənubi Sudanda silahlı toqquşmalar nəticəsində qurbanların sayı 400 nəfərdən 500 nəfərədək çatıb.
BMT: Cənubi Sudanda toqquşmalar nəticəsində 500 nəfərə qədər ölüb

Azərbaycan, Bakı, 18 dekabr / Trend /

Cənubi Sudanda silahlı toqquşmalar nəticəsində qurbanların sayı 400 nəfərdən 500 nəfərədək çatıb. Trend Frans Press agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT nümayəndəsi çərşənbə gününə keçən gecə məlumat verib.

Bundan öncə 66 hərbçinin həlak olması barədə xəbər verilib.

BMT baş katibinin müavini Erve Ladsusun bildirdiyinə görə, 800 nəfərə yaxın insan yaralanıb.

ABŞ səfirliyi Cənubi Sudan respublikasının paytaxtı Cubadan silahlı toqquşma ilə bağlı yardımçı personalının bir hissəsini çıxarıb.

Həmçinin ABŞ Cənubi Sudanda olan bütün amerikalıları ölkəni tərk etməyə çağırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti