...

Türkiyənin Baş naziri İrana səfər edəcək

Dünya xəbərləri Materials 15 Yanvar 2014 06:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar / Trend /

Baş nazir Rəcəb Tayyib Ərdoğan yanvarın 28-də İrana səfər edəcək. Bu barədə Trend Todayszaman qəzetinə istinadən məlumat verir.

Səfər zamanı Ərdoğanın İran prezidenti Həsən Ruhani ilə görüşü planlaşdırılıb.

Türkiyənin baş naziri və İran prezidenti ilk dəfə görüşəcəklər.

Suriya məsələsinə müxtəlif baxışların olmasına baxmayaraq, hər iki tərəf regionda yeni münaqişələrin yaranması ehtimalından narahatdır və bu cür təhlükələrin aradan qaldırılması işində əməkdaşlıq etməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti