...

Moskvada naməlum şəxs məktəbdə atəş açıb, ölkənin daxili işlər naziri hadisə yerinə gedib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 3 Fevral 2014 13:09 (UTC +04:00)
Moskva məktəblərindən birində tüfənglə silahlanmış kişi atəş açıb. Şahidlərin sözlərinə görə, naməlum şəxs 263 saylı məktəbə soxularaq atəş açıb.
Moskvada naməlum şəxs məktəbdə atəş açıb, ölkənin daxili işlər naziri hadisə yerinə gedib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Moskva məktəblərindən birində tüfənglə silahlanmış kişi atəş açıb. Şahidlərin sözlərinə görə, naməlum şəxs 263 saylı məktəbə soxularaq atəş açıb. Trend-in məlumatına görə, bu barədə RBK agentliyi "Lifenews" portalına istinadən xəbər yayıb.

DİN-in mətbuat mərkəzindən RBK-ya hadisəni təsdiqləsələr də, onu şərh etməyiblər. Rəsmi bəyanatın az sonra veriləcəyi bildirilib.

"Lifenews"un jurnalistlərinin məlumatına görə, kişi şagirdlərdən birinin atasıdır. O, onuncu sinfin biologiya dərsi keçdiyi kabinetə daxil olub. Otağa həmlə zamanı orada 20-dən artıq şagird olub.

Məktəbin mühafizəçisi polis naryadı çağırmağa imkan tapa bilib. Lakin cinayətkar pəncərədən asayiş keşikçilərinə atəş açıb. İki polis yaralanıb.

Rusiyanın daxili işlər naziri Vladimir Kolokolsev Moskvanın şimal-şərqində yerləşən və silahlı şəxsin soxulduğu məktəbə gedib. Trend-in məlumatına görə, bu barədə ölkə mətbuatı RF DİN-ə istinadən xəbər yayıb.

DİN-in ilkin məlumatına görə, Moskvadakı 263 saylı məktəbə silahlı kişi soxulub, bir polis əməkdaşı yaralanıb.

Moskva merinin mətbuat katibi Qulnara Penkovanın jurnalistlərə verdiyi məlumata görə, vəziyyət paytaxt meri Sergey Sobyaninin şəxsi nəzarəti altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti