Azərbaycan, Bakı, 3 fevral/Trend/
Moskvada 263 saylı məktəbdə şagirdləri girov saxlayan cinayətkar zərərsizləşdirilib. Cinayətkar həmin məktəbin yuxarı sinif şagirdlərindən biri olub. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS Rusiya Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Qeyd edək ki, DİN-in ilkin məlumatına görə, Moskvadakı 263 saylı məktəbə silahlı kişi soxulub. Onun şagirdlərdən birinin atası olduğu güman edilirdi.
O, mühafizəçilərə təzyiq göstrəməklə məktəbə daxil ola bilib. Həyəcən siqnalı əsasında polis əməkdaşları hadisə yerinə gəliblər.
Bir polis əməkdaşının öldüyü bildirilir. Silahlı şəxsin məktəbdə girov saxladığı bütün şagirdlər azad olunub.