...

Moskvada məktəbdə baş verən insidentlə bağlı 3 maddə üzrə cinayət işi açılıb

Dünya xəbərləri Materials 3 Fevral 2014 14:11 (UTC +04:00)
Moskvanın 263 saylı məktəbində baş vermiş atışma ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 3 maddə - girov götürmə, qətl və polislərin həyatına sui-qəsd maddələri üzrə cinayət işi açılıb.
Moskvada məktəbdə baş verən insidentlə bağlı 3 maddə üzrə cinayət işi açılıb

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Moskvanın 263 saylı məktəbində baş vermiş atışma ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 3 maddə - girov götürmə, qətl və polislərin həyatına sui-qəsd maddələri üzrə cinayət işi açılıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi RİA Novosti Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markinə istinadən xəbər verir.

İstintaqın məlumatına əsasən, bu gün günorta saatlarında Moskvadakı 263 saylı məktəbin yuxarı sinif şagirdi silahla məktəbə gəlib: "O, mühafizəçilərə təzyiq göstərməklə məktəbə daxil ola bilib. Bununla belə, mühafizəçi həyəcan düyməsinə basaraq yuxarı sinif şagirdini 10-cu sinif şagirdlərinin olduğu biologiya kabinetinə sıxışdırıb".

Cinayətkar bu zaman müəllimlərdən birini yaralayıb və hadisə yerinə gələn polislərə atəş açıb. Polislərdən biri yarlanıb, digəri isə ölüb.

V. Markin qeyd edib ki, silahlı şəxsin məktəbdə girov saxladığı bütün şagirdlər azad olunub, cinayətkar zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti