...

İran parlamentinin qarşısında etiraz aksiyası keçirilib

Dünya xəbərləri Materials 9 Fevral 2014 09:34 (UTC +04:00)
Bu gün səhər İran Parlamentinin qarşısında 100-dən çox kənd təsərrüfatı üzrə mühəndis etiraz aksiyası keçirib.
İran parlamentinin qarşısında etiraz aksiyası keçirilib

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir T.Cəfərov/

Bu gün səhər İran Parlamentinin qarşısında 100-dən çox kənd təsərrüfatı üzrə mühəndis etiraz aksiyası keçirib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir.

Məlumata əsasən, etirazçılar Parlament nümayəndələrindən gələn ilin büdcəsində (İranda il martın 21-də dəyişir) onların işlə təmin olunması üçün vəsaitin ayrılmasını və 2010-cu ildə kənd təsərrüfatı üzrə mühəndislərin işlə təmin olunması üçün təsdiq olunan lakin indiyədək icra olunmayan qanunun icrasını tələb ediblər.

Etirazçılar əllərində üzərində "Bizim işlə təmin olmamız üçün büdcə ayırın", "2010-cu ildə təsdiqlənmiş qanunu icra edin" yazılan plakatlar daşıyıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti