Azərbaycan, Bakı, 13 mart /Trend/
Ali Rada Ukrayna Milli Qvardiyasını yaradıb. Parlamentin sədri Aleksandr Turçinov tərəfindən təqdim edilən qanun layihəsini 262 xalq deputatı dəstəkləyib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı UNN xəbər yayıb.
Sənədə görə, qvardiyanın sayı 60 min nəfər səviyyəsində müəyyən edilib. Eyni zamanda Ali Rada öz qərarı ilə Milli Qvardiyanın sayını artıra bilər.
Qvardiya Ukrayna SQ-nin bazasında yaradılır və DİN sistemində olacaq. Bununla yanaşı, Milli Qvardiyanın komandanı parlament tərəfindən Ukrayna Prezidentinin təqdimatı ilə təyin edilir.
MQ Ukraynada asayişi təmin edəcək. Hərbi təcavüz zamanı qvardiya dövlət sərhədlərinin mühafizəsində və təcavüzkara qarşı hərbi əməliyyatlarda iştirak edəcək.