...

Mənbə:İtkin düşən Malayziya təyyarəsi bilərəkdən radarlardan yayına bilərdi

Dünya xəbərləri Materials 6 Aprel 2014 16:57 (UTC +04:00)
Təxminən bir ay əvvəl itkin düşən Malaysia Airlines Boeing 777 təyyarəsi sonuncu uçuş zamanı bilərəkdən radarlardan yayına bilərdi.
Mənbə:İtkin düşən Malayziya təyyarəsi bilərəkdən radarlardan yayına bilərdi

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Təxminən bir ay əvvəl itkin düşən Malaysia Airlines Boeing 777 təyyarəsi sonuncu uçuş zamanı bilərəkdən radarlardan yayına bilərdi. Trend CNN telekanalına istinadən bu barədə Malayziya hökumətindəki mənbə məlumat verib.

"Reys 370 Malayziyanın hərbi radarının ekranından itəndən sonra İndoneziyanın hava məkanı ərazisindən uçub. Təyyarə radiolokasiya stansiyaları tərəfindən aşkar olunmamaq üçün bilərəkdən belə marşrut seçə bilərdi", - telekanalın məlumatında deyilir.

Bu məlumatlar təyyarənin itməsi sirrini tapmağa çalışan ekspertlərin mülahizələrinə əsaslanır, RİA Novosti yazır.

Xüsusilə, bir sıra ölkələrin radar məlumatlarının işlənməsindən sonra mütəxəssislər belə qənaətə gəliblər ki, itkin düşən təyyarə əvvəlcə İndoneziyanın şimal hissəsi ərazisində uçub, sonra isə cənuba Hind okeanına doğru dönüş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti