Azərbaycan, Bakı, 24 may / Trend /
ABŞ Türkiyədəki etirazları diqqətlə izləyir, xüsusilə Okmeydanındakı cərəyan edən hadisələri və ölkə hakimiyyətini, eləcə də etirazçıları təmkinlik göstərməyə çağırır. Trend Türkiyənin Hurriyet qəzetinə istinadən bu barədə şənbə günü Dövlət Departamentinin nümayəndəsi Mari Harf deyib.
"Ölümlərə daha yol verməmək üçün, hər iki tərəf zorakılıqdan çəkinməlidir, ", - Harf deyib.
İraq neftinin Türkiyə vasitəsilə ixracı məsələsinə toxunaraq, o, bildirib ki, Şimali İraq və mərkəzi hökumət arasındakı fikir ayrılığı danışıqlar masası arxasında həll edilməlidir.