...

Türkiyə "Boko Haram"ı terror təşkilatları siyahısına daxil edib

Dünya xəbərləri Materials 10 İyun 2014 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə "Boko Haram"ı terror təşkilatları siyahısına daxil edib. Bu barədə Trend çərşənbə axşamı Türkiyənin "Resmi Gazete"sinin saytına istinadən məlumat verir.

Qeyd edək ki, Nigeriya hakimiyyətinin xahişi ilə BMT-nin Təhlükəsizlik Şurası mayın 22-də "Boko Haram"ı terror təşkilatları siyahısına daxil edib.

"Boko Haram" silahlıları aprelin ortalarında 270-dən artıq məktəblini qaçırdıqdan sonra Nigeriya hakimiyyəti BMT-nin Təhlükəsizlik Şurasına müraciət etmişdi.

"Boko Haram" radikal islam qruplaşması Nigeriyanın şimalında fəaliyyət göstərir. Onun üzvləri qərb təhsil sisteminin əleyhinə çıxış edirlər və ölkədə şəriət qayda-qanunun tətbiq edilməsinə çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti