Azərbaycan, Bakı, 12 Avqust /Trend/
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri professor Necdet Ünüvar Türkiyədə müalicə alan azərbaycanlı əsgərləri ziyarət edib. Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyindən daxil olan məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, N.Ünüvar müalicə alan əsgərlərin səhhəti ilə bağlı həkimlərdən əlavə məlumat alıb.
Dostluq qrupunun rəhbəri Türkiyədə müalicə alan Azərbaycan Ordusunu əsgəri Elvin Əsgərov və Sərxan Tahirzadə ilə söhbət edib.