Azərbaycan, Bakı, 24 sentyabr /Trend/
Misirdə özünü elan etmiş yeni ekstremist qruplaşma "İslam Dövləti" əleyhinə koalisiyada iştirak edən ölkələri onların səfirliklərinə və nümayəndəliklərinə hücumlarla hədələyib. Trend İTAR-TASS agentliyinə istinadən bu barədə çərşənbə axşamı "Əl-Vasat" axşam xəbər portalında bildirilir.
İnternetdə yerləşdirilmiş bəyanata görə, özünü "Misir xilafətinin döyüşçüləri" adlandıran yaraqlılar "İslam Dövləti"nin başçısı Əbu Bəkr əl-Bağdadiyə sadiqlikdə and içiblər.