...

ABŞ-da iğtişaşlar: 14 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 25 Noyabr 2014 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

ABŞ-ın Ferqyuson şəhərində (Missuri ştatı) bütün gecə davam edən iğtişaşlardan sonra ən azı 14 nəfər tibbi yardım üçün müraciət edib.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, yerli polis rəisi Con Belmar bildirib ki, hüquq-mühafizə orqanları hadisələrin bu cür gedişatına hazır olublar: "Onların əsas məqsədi insanların həyatını qorumaq olub. Lakin mövcud vəziyyət avqustdakı hadisələrdən daha mürəkkəbdir".

Polis gecə ərzində şəhərdə 29 nəfəri həbs edib. Şəhərə Milli Qvardiyanın əlavə qüvvələri yeridilib.

Xatırladaq ki, bazar ertəsi andlılar kollegiyası avqustda silahsız qara dərili amerikalı yeniyetməni güllələyən polis barəsində ittiham irəli sürməkdən imtina edib. Qərar elan edildikdən dərhal sonra Ferqyusonda etiraz aksiyaları başlayıb. Polis etiraz aksiyasının iştirakçılarına qarşı tüstü bombaları və gözyaşardıcı qaz tətbiq edib. Yerli KİV etirazçıların mağazaların vitrinlərini sındırdıqlarını, qarət və yanğınlar törətdiklərini yazır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti