...

Pentaqon: İranın HHQ qırıcıları İraqda "İslam Dövləti" yaraqlılarına zərbə endiriblər

Dünya xəbərləri Materials 3 Dekabr 2014 14:19 (UTC +04:00)
İranın Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcıları İraqdakı “İslam Dövləti” yaraqlılarının mövqelərinə aviazərbələr endiriblər.
Pentaqon: İranın HHQ qırıcıları İraqda "İslam Dövləti" yaraqlılarına zərbə endiriblər

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

İranın Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcıları İraqdakı "İslam Dövləti" yaraqlılarının mövqelərinə aviazərbələr endiriblər. Bunu Pentaqonun mətbuat katibi kontr-admiral Con Kirbi bəyan edib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Kirbi Frans Press agentliyinə deyib: "Bizdə sübut var ki, İran həqiqətən son bir neçə gün ərzində "F-4 Phantom" qırıcılarından istifadə edərək (İraqdakı "İD" mövqelərinə) aviazərbələr endirib".

Xatırladaq ki, "Wall Street Journal" bir müddət əvvəl məlumat vermişdi ki, Prezident Barak Obama İranın ali lideri ayətullah Əli Xameneyiyə şəxsi məktub göndərmişdi. Məktubda iki məsələyə toxunulurdu: "İslam Dövləti" sünni qruplaşmasına qarşı kampaniyanı dəstəkləmək və İranın nüvə proqramı üzrə saziş.

Sentyabrın ortalarında Frans Press agentliyi Xameneyiyə istinadən bildirmişdi ki, Tehran "İslam Dövləti" qruplaşmasının döyüşçüləri ilə mübarizədə ABŞ-ın əməkdaşlıq haqqında sorğusunu rədd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti