Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/
İraqın Mosul şəhərində Türkiyə kəşfiyyatının (MİT) 12 əməkdaşı qətlə yetirilib. Bu barədə Trend çərşənbə axşamı Türkiyənin "Hurriyyət" qəzetinə istinadən xəbər verir.
Kürd üsyançılar Türkiyə kəşfiyyatının əməkdaşlarını səhvən terrorçu "İslam Dövləti" təşkilatının yaraqlıları hesab ediblər.
Hadisənin təfərrüatları barədə məlumat verilmir.