...

Cəmil Çiçək: Dünya ölkələri terrorizmlə birgə mübarizə aparmalıdırlar

Dünya xəbərləri Materials 20 Yanvar 2015 10:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Dünya ölkələri terrorizmlə birgə mübarizə aparmalıdırlar, çünki terrorla mübarizə bir ölkənin işi deyil. Trend "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə parlamentinin spikeri Cəmil Çiçək deyib.

Onun sözlərinə görə, dünya ölkələri terrorizmlə təkbaşına mübarizə aparmağa qadir deyillər.

Spiker qeyd edib ki, son vaxtlar regionda baş verən hadisələr dünyanın bütün dövlətlərini narahat etməlidir.

C.Çiçək bildirib ki, Türkiyə 30 ildən artıq bir dövrdə terrorla üzləşdiyindən, onun təhlükəsini də çox gözəl anlayır: "Bu gün regionda "İslam Dövləti" və Kürdüstan Fəhlə Partiyası kimi bir neçə terrorçu təşkilat fəaliyyət göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti