...

"Müsəlmanın müsəlmanı öldürməsi təəssüf doğurur"

Dünya xəbərləri Materials 21 Yanvar 2015 17:32 (UTC +04:00)
Müsəlmanın müsəlmanı öldürməsi təəssüf doğurur.
"Müsəlmanın müsəlmanı öldürməsi təəssüf doğurur"

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu//

Müsəlmanın müsəlmanı öldürməsi təəssüf doğurur. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərq regionunda baş verən son hadisələr haqqında danışarkən deyib.

Onun sözlərinə görə, dünya Suriya və İraqda baş verən hadisələr barədə susduğu zaman "İslam Dövləti" terrorçu qruplaşmasının yaraqlıları öz məqsədlərinə çatmaq naminə müsəlmanları öldürməkdə davam edirlər.

R.T.Ərdoğan qeyd edib ki, müsəlman ölkələri kömək üçün vasitəçilərə üz tutmaqdansa, öz problemlərini özləri həll etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti