...

Türkiyədə dövlət qulluğuna işə düzəlmək üçün kəşfiyyatın razılığı lazım olacaq

Dünya xəbərləri Materials 28 Yanvar 2015 12:09 (UTC +04:00)
Türkiyənin dövlət strukturlarına hazırda ABŞ-da yaşayan din xadimi Fətulalh Gülənin tərəfdarlarının soxulmasının qarşısını almaqdan ötrü dövlət strukturlarında bütün namizədlər işə qəbul edilmək üçün diqqətlə yoxlamadan keçəcəklər.
Türkiyədə dövlət qulluğuna işə düzəlmək üçün kəşfiyyatın razılığı lazım olacaq

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin dövlət strukturlarına hazırda ABŞ-da yaşayan din xadimi Fətulalh Gülənin tərəfdarlarının soxulmasının qarşısını almaqdan ötrü dövlət strukturlarında bütün namizədlər işə qəbul edilmək üçün diqqətlə yoxlamadan keçəcəklər.

Bundan əlavə, ölkə kəşfiyyatı onların namizədliklərinə razılıq verməlidir. Trend xəbər verir ki, bu barədə "Haber7" telekanalı çərşənbə günü ölkənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Əlvana istinadən məlumat yayıb.

L.Əlvanın sözlərinə görə, bu cür tədbirlər ölkənin bir sıra nazirliklərində, eləcə də onun rəhbərlik etdiyi qurumda tətbiq olunacaq.

Bir müddət əvvəl verilən məlumata görə, Gülən hərəkatına qarşı mübarizə çərçivəsində Türkiyənin dövlət strukturlarında son dövrlərin ən iri kadr dəyişiklikləri gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti