...

Rusiya AŞPA ilə əlaqələri kəsir

Dünya xəbərləri Materials 2 Fevral 2015 18:15 (UTC +04:00)
Rusiya Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə bütün rəsmi əlaqələri dayandırır.
Rusiya AŞPA ilə əlaqələri kəsir

Azərbaycan, Bakı, 2 fevral /Trend/

Rusiya Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə bütün rəsmi əlaqələri dayandırır. Trend-in bazar ertəsi RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov deyib.

Onun sözlərinə görə, əlaqələr yalnız milli parlamentlər səviyyəsində ayrı-ayrı deputatlarla davam etdiriləcək.

A.Puşkov qeyd edib ki, AŞPA ilə bütün rəsmi əlaqələr 2015-ci ilin sonunadək dayandırılır: "Bu o deməkdir ki, AŞPA-nın xüsusi missiyaları da Rusiyaya gələ bilməyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti