Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir Məftun Salmanov/
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kubanın paytaxtı Havanada Atatürkün büstü önünə gül dəsti qoyub və "köhnə şəhər" adlandırılan tarixi bölgəni gəzib.
Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, Havanada xarici dövlət başçısına məxsus yeganə büst Atatürkündür.
R.T.Ərdoğan büstün olduğu parkı gəzib. Büstdə "Yurdda sülh, cahanda sülh" sözlərinin türk və ispan dillərində yazılması diqqəti çəkib.