Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin Şanlıurfa vilayətində polis məntəqəsi yanında bomba partlayıb. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində bir polis ölüb, bir neçəsi isə yaralanıb.
Bundan başqa, daha üç mülki şəxs ölüb.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.