...

CHP-nin sabiq lideri Dəniz Baykal qayıdır

Dünya xəbərləri Materials 19 Fevral 2015 15:39 (UTC +04:00)
Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri Dəniz Baykal bu il iyunun 7-də keçiriləcək parlament seçkilərində öz namizədliyini irəli sürüb.
CHP-nin sabiq lideri Dəniz Baykal qayıdır

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin əsas müxalifəti Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri Dəniz Baykal bu il iyunun 7-də keçiriləcək parlament seçkilərində öz namizədliyini irəli sürüb.

Trend "Anadolu" agentliyinə istinadən verdiyi məlumata əsasən, D.Baykalın namizədliyi rəsmən qeydə alınıb.

Qeyd edək ki, D.Baykal 2010-cu il mayın 10-da şəxsi həyatını əks etdirən videogörüntülərin internetə sızmasından sonra istefa vermişdi.

Türkiyədə parlament seçkilərində 31 siyasi partiya təmsil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti