...

Türkiyə tarixində heç bir "erməni soyqırımı" olmayıb - Parlamentin spikeri

Dünya xəbərləri Materials 25 Fevral 2015 13:52 (UTC +04:00)
Türkiyə tarixində ermənilərə qarşı heç bir "soyqırım" baş verməyib. Bu sözləri Türkiyə Böyük Millət Məclisinin spikeri Cemil Çiçek bildirib.
Türkiyə tarixində heç bir "erməni soyqırımı" olmayıb - Parlamentin spikeri

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə tarixində ermənilərə qarşı heç bir "soyqırım" baş verməyib. Bu sözləri Türkiyə Böyük Millət Məclisinin spikeri Cemil Çiçek bildirib. Bu barədə Trend "Haber7" telekanalında istinadən məlumat verir.

Onun sözlərinə görə, Türkiyəni hər cür yolla ləkələmək istəyən erməni diasporuna qarşı bütün dünyada müqavimət göstərmək niyyətindədirlər.

C.Çiçək bildirib ki, Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün öz arxivlərini açıb. Əgər Ermənistanın belə arxivləri varsa, o da açsın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti