...

Türkiyənin bir sıra nazirləri istefaya gedəcəklər

Dünya xəbərləri Materials 3 Mart 2015 10:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir, Rufiz Hafizoğlu/

Türkiyənin üç naziri istefaya gedəcək. Trend xəbər verir ki, bu barədə "Hurriyet" qəzeti Türkiyənin baş naziri Əhməd Davudoğluya istinadən yazıb.

Onun sözlərin görə, martın 6-sı ədliyyə naziri Bəkir Bozdağ, daxili işlər naziri Əfqan Əla və nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Əlvan istefaya gedəcəklər.

Davudoğlu bildirib ki, ədliyyə naziri Kenan İpək, daxili işlər naziri Sebahetdin Öztürk, nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri isə Ferudin Bilgin olacaq.

O həmçinin qeyd edib ki, hökumətin 3 nazirinin istefası Türkiyədə cari ilin iyunun 7-də keçiriləcək parlament seçkiləri ilə bağlıdır.

Türkiyə parlament seçkilərində 31 siyasi partiyanın təmsilşiləri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti