...

ABŞ polisi qaradərili yeniyetməni güllələdi

Dünya xəbərləri Materials 7 Mart 2015 13:31 (UTC +04:00)
ABŞ-ın Madison şəhərində polis qaradərili yeniyetməni güllələyib.
ABŞ polisi qaradərili yeniyetməni güllələdi

Azərbaycan, Bakı, 9 mart /Trend/

ABŞ-ın Madison şəhərində polis qaradərili yeniyetməni güllələyib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, insident polis və 19 yaşlı qaradərili arasında çəkişmədən sonra baş verib.

Yerli sakinlərdən polisə daxil olan məlumata görə, yeniyetmənin girdiyi evin mənzillərinin birində şübhəli səs-küy eşidilib. Hadisə yerinə gələn polis yeniyetmə tərəfindən hücuma məruz qalıb.

Zabit çəkişmə zamanı xidməti silahını çıxardaraq hücum edən şəxsi güllələyib.

Qeyd edək ki, son zamanlar ABŞ-da polislər tərəfindən qaradərili vətəndaşların öldürülməsi halları artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti